Qaynar xətt:

(+99450) 247 90 86

Qadına qarşı QULDURLUQ: pulunu və telefonunu aldı

Qadına qarşı QULDURLUQ: pulunu və telefonunu aldı

KRİMİNAL

709

17.06.2023, 14:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 13-də Biləcəri qəsəbəsi ərazisində bir qadının 110 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.