Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb

KRİMİNAL

343

17.06.2023, 10:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb.

Oxu24.com  xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.