Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90667
az

Həyətində narkotik əkən şəxs tutulub

09:2110 İyun, 2023
207
KRİMİNAL
  • A
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, şöbəyə Ağdaş şəhər sakini Rəmzi Soltanovun yaşadığı ünvanda çətənə kolları əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan dibçəklərdə yetişdirdiyi 36 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri aprel ayının əvvəlində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə rayonun Abad və Qarasuqumlaq kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 500 kiloqramdan çox olan 6186 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi
Qumbara Bəhruzun əlində partlayıb- Yeni faktlar
Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi