Qaynar xətt:

(+99450) 247 90 86

Evdən 10 450 manatlıq oğurluq edilib

Evdən 10 450 manatlıq oğurluq edilib

KRİMİNAL

350

05.06.2023, 13:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Pirallahı rayonunda evdən 10 450 manatlıq oğurluq edilib.

Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.