Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda dəhşətli hadisə: Gəlini öldürüb,oğlanı ağır yaraladı

Ucarda dəhşətli hadisə: Gəlini öldürüb,oğlanı ağır yaraladı

KRİMİNAL

366

03.06.2023, 18:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Oxu24.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

 

Miri Məcidli