Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90057
az

Arvadının müalicə pulunu mənimsəyən şəxs narkokuryer imiş

18:4202 İyun, 2023
144
KRİMİNAL
  • A
Bir müddət əvvəl ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşı üçün yığılan pulları oğurlamaqda ittiham olunan Kamran İsmayılov narkotiklə saxlanılıb. O, taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olurmuş. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Kamran İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan Mahal adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. Xatırladaq ki, K. İsmayılov daha əvvəl xərçəngdən əziyyət çəkən və bu ilin yanvar ayında vəfat edən keçmiş həyat yoldaşı Aytən İsmayılzadənin kartına toplanmış pulların oğurlamaqda ittiham olunurdu. Bu barədə A. İsmayılzadə sosial şəbəkə hesabında yazaraq ərinin onun kartından 2400 manatın oğurlandığını qeyd etmişdi. DİN həmin şəxslə bağlı araşdırmalara başlanıldığını açıqlamışdı. Qeyd edək ki, K. İsmayılovun ixtisasca informasiya texnologiyaları sahəsində mütəxəssis olduğu bildirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR