Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdə odlu və soyuq silahlar götürülüb

Tərtərdə odlu və soyuq silahlar götürülüb

KRİMİNAL

322

02.06.2023, 10:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tərtərdə odlu və soyuq silahlar götürülüb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbir nəticəsində rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus "Walther" markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.
Bundan başqa, keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan isə qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı 1 ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir.