Qaynar xətt:

(+99450) 247 90 86

Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

KRİMİNAL

270

24.05.2023, 10:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Emil Dadaşevin ibtidai istintaqı yekunlaşıb.
Oxu24.com xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, E.Dadaşevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Bir müddət əvvəl onun cinayət əməlini törətməkdə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan olunub. Daha sonra E.Dadaşev Rusiyada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.