Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89662
az

Terror törədiləcəyi barədə yalan məlumat yaymaqda təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

10:5123 May, 2023
84
KRİMİNAL
  • A

Terror aktının törədiləcəyi barədə bilə-bilə yalan məlumat yaymaqda təqsirləndirilən Fərid Butayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Oxu24.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan vətəndaşı, 2001-ci il təvəllüdlü F.Butayevə məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən vatsap tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.

O, saxlanılaraq Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı