Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

KRİMİNAL

352

23.05.2023, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Aydın Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayır.

Oxu24.com  xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, ittiham aktına görə Binə qəsəbəsində 1967-ci il təvəllüdlü A.Məmmədov həyat yoldaşı 1968-ci il təvəllüdlü Pakizə Məmmədovanı yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.