Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Yevlaxda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

KRİMİNAL

423

18.05.2023, 12:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Arzu Babayeva Oxu24.com  bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxsin Yevlax rayon sakini Yusif Yusifov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

A.Babayeva balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.