Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89344
az

Göyçayda narkotik və oğurluğa görə 7 nəfər saxlanılıb

09:4618 May, 2023
107
KRİMİNAL
  • A

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov tutulub. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib. Tanışlar birlikdə Malik İsgəndərova məxsus avtomobillə Bakı şəhərinə gedərək onlara əvvəlcədən göndərilən ərazidən narkotik vasitəni və psixotrop maddəni götürüb geri qayıdarkən Göyçayda polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə üzərində narkotik daşımaqda şübhəli bilinən Natiq Abdullayev və əvvəllər də analoji əməllərinə görə məhkum olunmuş Bəhruz Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Abdullayevdən heroin, B.Məmmədovdan isə marixuana və yaşadığı evin həyətyanı sahəsindəki istixanadan çətənə kolu aşkarlanıb.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Yalman kəndində yerləşən firmadan dəyəri 30 min manat olan qurğunu oğurlayan keçmiş məhkum Kənan Şəfizadə və fərdi yaşayış evindən məişət əşyaları oğurlayan Anar İsmayılov saxlanılıblar.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
Dələduzluq edən paytaxt sakini həbs edilib

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun