Qaynar xətt:

(+99450) 247 90 86

Şabranda "KamAZ" işçinin üzərindən keçib

Şabranda \\\"KamAZ\\\" işçinin üzərindən keçib

KRİMİNAL

629

17.05.2023, 17:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, "KamAZ" markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib. Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, sözügedən tikintini "Kolin İnşaat" şirkəti həyata keçirir.