Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobillə moped toqquşub, ölən var

Bakıda avtomobillə moped toqquşub, ölən var

KRİMİNAL

588

17.05.2023, 15:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda avtomobillə moped toqquşub, ölən var.
Oxu24.com-un xəbərinə görə, hadisə mayın 16-da paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, Allahverdiyev Murad Laçın oğlu idarə etdiyi "Pejo 407" markalı avtomobillə hərəkətdə olarkən Paşayev Əli Bəhruz oğlunun idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.