Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qeydə alınmış hərbi cinayətlərin 99,1 faizi açılıb

Azərbaycanda qeydə alınmış hərbi cinayətlərin 99,1 faizi açılıb

KRİMİNAL

996

16.05.2023, 16:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan hərbi prokurorluqlarında düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də tələb edilən səviyyədə prosessual rəhbərlik sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılıb.

Oxu24.com xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirilib ki, Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib: “Misal üçün, 2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb”.

 

Miri Məcidli