Polis cinayətkarları dronla izlədi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
30 Sentyabr 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
686
15.05.2023, 14:47
Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurlayaraq Yevlaxdan Bakıya gətirən və ona təcavüz edən əmiyə hökm oxunub.
Oxu24.com Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə 1978-ci il təvəllüdlü E.Mustafayevi Cinayət Məcəlləsinin 144.3, 149.3.3 və 150.3.3-cü (adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilib. 45 yaşlı şəxsə 14 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi qeyd edilib.
Bildirilir ki, hadisənin üstü 2021-ci ilin dekabrında Yevlaxda 13 yaşlı qızın itkin düşməsindən sonra açılıb. Həmin vaxt qızın valideynləri polisə müraciət edərək itkin düşmə barədə məlumat veriblər. Bir müddət sonra yeniyetmə qızın əmisi tərəfindən Bakıya gətirilməsi və E.Mustafayevin paytaxtda kirayə tutduğu evdə birgə yaşaması məlum olub. Polis əməkdaşları onların yerini müəyyən edərək qızı tapıb və ailəsinə təhvil veriblər.
Araşdırmalar zamanı əmisinin məktəbli qızı aldadaraq paytaxta gətirməsi və çirkin əməllərini Bakıda da davam etdirməsi məlum olub.
O da məlum olub ki, hadisəni törədən E.Mustafayev əvvəllər evli olub və 1 övladı var. O, boşandıqdan sonra övladı anası ilə birgə gedib. Polislər E.Mustafayevi kirayə tutduğu evdə saxlayarkən o, intihara cəhd edib.
23:02 / 30 Sentyabr 2026
1
22:17 / 30 Sentyabr 2026
241
22:16 / 30 Sentyabr 2026
60
21:40 / 30 Sentyabr 2026
80
21:12 / 30 Sentyabr 2026
492
21:10 / 30 Sentyabr 2026
61
20:44 / 30 Sentyabr 2026
62
20:38 / 30 Sentyabr 2026
162
20:33 / 30 Sentyabr 2026
64
20:10 / 30 Sentyabr 2026
104
20:10 / 30 Sentyabr 2026
81
19:50 / 30 Sentyabr 2026
76
19:35 / 30 Sentyabr 2026
345
19:26 / 30 Sentyabr 2026
194
19:26 / 30 Sentyabr 2026
82
19:23 / 30 Sentyabr 2026
69
19:21 / 30 Sentyabr 2026
80
19:15 / 30 Sentyabr 2026
73
19:12 / 30 Sentyabr 2026
88
19:01 / 30 Sentyabr 2026
90
18:53 / 30 Sentyabr 2026
124
18:45 / 30 Sentyabr 2026
105
18:29 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.