Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda tanışını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

KRİMİNAL

252

12.05.2023, 12:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda tanışını öldürməkdə təqsirləndirilən Şəmşad Əhmədova hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxu24.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Ş.Əhmədov barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Qeyd edək ki, hadisə ötən ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Ş.Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışın, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib. Ş.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Miri Məcidli