Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

KRİMİNAL

327

12.05.2023, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb.
Bu barədə "Oxu24.com-"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.