Qaynar xətt:

(+99450) 247 90 86

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

KRİMİNAL

357

11.05.2023, 13:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə edən sürücü inzibati həbs edilib.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 9-da saat 11 radələrində Abşeron rayonu ərazisində “Ford” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla sürücü Bakı şəhər sakini Hafiz Baxışovun avtomobili sürücülük hüququ olmadan idarə etməsi və narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 352.5-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə H.Baxışov 4 gün müddətinə inzibati həbs edilib.