Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinində "Kalaşnikov" avtomatı aşkarlanıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Əli Allahverdiyev idarə etdiyi avtomobildə saxlanılıb.
Aparılan axtarış zamanı avtomobildən texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 7,62 çaplı 30 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, Ə.Allahverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxu24.com
ŞƏRHLƏR