Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb

Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb

KRİMİNAL

388

11.05.2023, 09:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu24.com-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.