Qaynar xətt:

(+99450) 247 90 86

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

KRİMİNAL

312

08.05.2023, 12:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Baş Mil-Muğan Kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu24.com-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Bakı şəhər sakini Elman Nəsirov, Mingəçevir şəhər sakini Müzadil Quliyev, Ağcabədi rayon sakini Dəyanət Abbasquluyev, Tovuz rayon sakini Elşad Məmmədov, Sabirabad rayon sakinləri Naib və Aslan Vəliyevlər, Elsevər Qasımov, Şəmkir rayon sakini Vüqar Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Xidmət rəsmisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib. B.Məhəmmədov balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.