Polis cinayətkarları dronla izlədi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
30 Sentyabr 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
435
06.05.2023, 19:10
Bakının Xətai rayonunda qətl törətməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
OXU24.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror Eldar Həmzəyev ittiham aktını elan edib.
İttihama görə, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovanı Əhmədli qəsəbəsində qətlə yetirib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, qətl hadisəni qısqanclıq səbəbi ilə törədib.
İstintaq sənədlərinə görə, İlqar Qəribovla keçmiş həyat yoldaşı Raminə Qəribova bibioğlu-dayıqızıdır. Onların bir oğlu, bir qızı var.
Qətl hadisəsi baş verən zaman onların oğulları hərbi xidmətdə olub. Hətta 2022-ci ilin dekabrında hadisə baş verən vaxt Raminə Qəribovanın hərbi xidmətdə olan oğlu ilə telefonla danışdığı haqda da məlumatlar yayılıb.
İlqar Qəribov keçmiş arvadıqla barışmaq istəsə də, Raminə Qəribova razılıq verməyib. Çünki onun səmimiyyətinə inanmayıb.
İstintaq orqanı tərəfindən İlqar Qəribovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.