Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

KRİMİNAL

391

04.05.2023, 09:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.
Oxu24.com-un xəbərinə görə, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəhrəmanov Vaqif İsa oğlu idarə etdiyi "QAZ-2410" markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Mustafayev Valeh Vahid oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.
Nəticədə sürücülər - V.Qəhrəmanov və V.Musayev, eyni zamanda "Mercedes-Benz" markalı avtomobildə olan sərnişin Məmmədova Validə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib. V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.