Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər yaralanıb

KRİMİNAL

297

01.05.2023, 21:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı markalı avtomobillər toqquşub.

Nəticədə "Toyota"da olan iki nəfər Sabirabad rayon sakini, 46 yaşlı Abbasov Babək Yusif oğlu və Kürdəmir rayon sakini 22 yaşlı Mirzəyeva Könül Azər qızı, eləcə də "Opel"də olan Kürdəmir rayon sakini, 30 yaşlı Süleymanov Tural Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.