Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb

Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb

KRİMİNAL

253

01.05.2023, 11:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ötən gecə Sumqayıtda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib. O, saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.