Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

KRİMİNAL

266

01.05.2023, 10:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İmişli rayonunda avtomobil aşıb, ölən və yaralanan var.
Oxu24.com-un xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun rayonun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb. Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəticədə A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.