Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda yol qəzası olub, yaralananlar var

Salyanda yol qəzası olub, yaralananlar var

KRİMİNAL

360

28.04.2023, 09:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Avtovağzal dairəsi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri 1989-cu il təvəllüdlü Sərdarov Əlihüseyn Kəlbihüseyn oğlu, 2000-ci il təvəllüdlü Məlikov Arif Xəlilulla oğlu və 1999-cu il təvəllüdlü Abdullayev Elvin Ziyafət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.