Qaynar xətt:

(+99450) 247 90 86

Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədidə hazırlıq kursundan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KRİMİNAL

351

28.04.2023, 09:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a bildirilib ki, məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb. N.Hüseynov oradan notbuklar və proyektor oğurlamaqla 3 500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.