Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb

KRİMİNAL

327

27.04.2023, 10:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7 000 manat dəyərində məişət əşyaları, heykəltəraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırm aparılır.