Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87927
az

Xalası oğlunun ad günündə qan tökdü - Bakıdakı qətlin təfərrüatı - FOTO

14:1026 Aprel, 2023
177
KRİMİNAL
  • A

Xalası oğlunun ad günündə qan tökdü - Bakıdakı qətlin təfərrüatı - FOTO
Bakıda xuliqanlıq zəminində qətl törətməkdə təqsirli bilinən Elgiz Cəfərli, İsmayıl İmamverdiyev və Rafiq Manazovun cinayət işi ürə təfərrüatlar məlum olub.

"OXU24.COM " xəbər verir ki, Nərimanov rayonu ərazisində baş verib. Rayon ərazisində Şabran rayon sakini Rövşən Əyyubov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb və ertəsi gün orada dünyasını dəyişib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən Elgiz Cəfərli və xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və Rafiq Namazov saxlanılıb.


İstintaqla müəyyən edilib ki, iyunun 15-i axşam saat 22:00-da Elgiz Cəfərli dostu Elfan Əliyevin ad gününü qeyd etmək üçün xalası oğlu İsmayıl İmamverdiyev tanışları Fatimə və Əfsanə ilə kafedə görüşüblər. Birlikdə həmin kafedə spirtli içki qəbul ediblər. 

Təxminən saat 1 radələrində oradan çıxıb bir qədər kənarda saxladıqları avtomobilə tərəf gedərkən parkdakı oturacaqda oturan Rafiq Namazov, Gəray İbrahimov və Rövşən Əyyubov onlara tərəf baxıblar. 

Sərxoş vəziyyətdə olan İsmayıl İmamaverdiyev bunu bəhanə edərək nalayiq sözlər işlədib və onlarla dalaşmağa başlayıb. Elgiz Cəfərli İsmayılın Rövşən tərəfindən döyülməsini və bıçaqla vurulmasını həmçini sonuncunun onunda üstünə gələrək köynəyini cırmasını görərək cibində olan bıçağı çıxarıb iki dəfə zərbə vuraraq onu qətlə yetirib.

İş üzrə dindirilmiş Elgiz Cəfərli ittima üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, Tərtər rayonunda anadan olub. Nərimanov rayonu ərzisində anası və bacısı ilə birlikdə kirayədə yaşayıb. 

İyunun 15-də dostu Elfanın ad günü ilə əlaqədar xalası oğlu İsmayıl, Fatimə və Əfsanə ilə birlikdə kafedə yeyib-içiblər. 

Təxminən saat yarım oturandan sonra qızlar getmək istədiklərini deyiblər. Parkın içi ilə gedərkənə özü qızlarla ortada Elfan isə bir qədər irəlidə olub. İsmayıl onlardan bir qədər arxada gəlib. Bir-iki dəqiqədən sonra geri döndükdə İsmayılın oturacaqda oturmuş 3 nəfərə tərəf getdiyini görüb, qızlara onları maşının yanında gözləmələrini tapşırıb. Orta boyu arıq bədən quruluşlu oğlan İsmayılın başının arxasından tutub yumruqla vurub və buna görə aralarında dava başlayıb. Rövşən Əyyubov onu yerə yıxıb və zərbələr vuraraq söyüş söyüb. Rövşən bıçaqla onu vurmaq istədikdə Elgiz özünə məxsus bıçağı cibindən çıxarıb ona zərbələr endirib. Onu neçə dəfə vurduğunu özünü itirdiyindən bilməyib. 

 

Kafedən bir neçə nəfərin çıxaraq onlara tərəf gəldiyini görüb İsmayılla birgə oradan qaçıb maşına oturublar. Səsə toplaşan adamlar maşını dövrəyə alaraq qapını açmağa cəhd edərkən Elfan mühərriki işə salıb və onlar oradan uzaqlaşıblar.

Elgiz Cəfərli yolda dostuna həmin şəxsi bıçaqla vurdugunu bildirib. Sonra isə "102" xidmətinə zəng vuraraq dava zamanı adam bıçaladığını deyib. Evə çatan kimi hadisəni anasına danışıb.

Bir qədər sonra polislər evə gələrək onu bölməyə aparıblar.

Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquq varisi və şahid ifadələri dinlənilib. 

Sonda məhkəmənin hökmü ilə Elgiz Cəfərli 18 il 6 ay, İsmayıl İmamverdiyev 3 il 6 ay və Rafiq Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum olunublar. 

379568

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı