Polis cinayətkarları dronla izlədi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
30 Sentyabr 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
448
25.04.2023, 13:55
Xətaidə narkotiklərin satışı ilə məşğul olan, evində "tiryəkxana" təşkil edən və qanunsuz odlu silah saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakini Aqil Məmmədov və Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə rayon ərazisində metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən mənzillərdən birində "tiryəkxana" təşkil edən Kamal Ələkbərov. və həmin evdə narkotik vasitələr qəbul edən daha 6 nəfər saxlanılıb. Araşdırma zamanı ev sahibinin yaşadığı ünvanda narkotik vasitə aludəçilərinə psixotrop maddə olan metamfetamin qəbul etmək üçün şərait yaratdığı müəyyən edilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq silah saxlayan paytaxt sakini Elçin Hüseynov saxlanılıb. Ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid daraq, 29 ədəd patron və 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib. Elçin Hüseynov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Ümumilikdə isə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının son iki ayda həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 73 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.
Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
08:03 / 01 Oktyabr 2026
1
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4706
22:16 / 30 Sentyabr 2026
115
21:40 / 30 Sentyabr 2026
482
21:12 / 30 Sentyabr 2026
1189
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
428
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
180
20:10 / 30 Sentyabr 2026
97
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
801
19:26 / 30 Sentyabr 2026
267
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
100
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
102
19:01 / 30 Sentyabr 2026
114
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.