Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda dəhşətli hadisə: Ölən və yaralılar var

Yevlaxda dəhşətli hadisə: Ölən və yaralılar var

KRİMİNAL

348

25.04.2023, 13:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Yevlaxda avtomobil aşıb, kişi və arvadı yaralanıb, övladlarından biri ölüb Yevlaxda avtomobil aşıb, kişi və arvadı yaralanıb, övladlarından biri ölüb
Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Oxu24.com-un məlumatına görə, aeroport yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar. Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.