Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda iki mikroavtobus qəza törədib, xəsarət alanlar var

Ucarda iki mikroavtobus qəza törədib, xəsarət alanlar var

KRİMİNAL

357

25.04.2023, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı-Qazax magistralının Ucar rayonunun Alpı kəndindən keçən hissəsində yol qəzası baş verib, xəsarət alanlar var.

Oxu24.com -un  xəbərinə görə, Bakı-Tovuz xətti ilə sərnişin daşıyan, Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb.

Bu zaman Mingəçevir rayon sakini, 1986-cı il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı mikroavtobus Nizami Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb.

Nəticədə Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Rəşad Həmid oğlu Həmidov və Mingəçevir rayon sakini, 1965-ci il təvəllüdlü Ramiz Şakir oğlu Mollakişiyev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.