Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87816
az

Ağcabədidə evdən oğurluq edən şəxs saxlanılıb

12:1024 Aprel, 2023
102
KRİMİNAL
  • A

Ağcabədidə evdən 15 000 manat miqdarında oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a bildirilib ki, aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla ev sahibinin iki il öncə oraya baş çəkdiyi və oğurluğun da bundan sonrakı dövr ərzində törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi detallı əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəxs qısa zamanda ifşa edilib. Belə ki, qeyd edilən cinayətin rayon sakini Rahib İmanov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilmə zamanı öz əməlini etiraf edib. R.İmanov ötən ilin avqust ayının əvvəlindən dekabr ayının sonunadək mütəmadi şəkildə qızıl-zinət və məişət əsyaları oğurlamaqla zərərçəkmişə 15 min manat miqdarında maddi ziyan vurub. Oğurlanan əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu
Bakıda vəzifəli şəxs hoteldə sevgilisini pəncərədən atdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA