Qaynar xətt:

(+99450) 247 90 86

Balakəndə motosklet kanala düşüb, 2 nəfər xəsarət alıb

Balakəndə motosklet kanala düşüb, 2 nəfər xəsarət alıb

KRİMİNAL

287

23.04.2023, 21:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakəndə motosklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.

Hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Qəza nəticəsində motoskletin sürücüsü və sərnişin, Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)