Qaynar xətt:

(+99450) 247 90 86

Ağstafadakı partlayışda ölənlərin şəxsiyyəti məlum olub

Ağstafadakı partlayışda ölənlərin şəxsiyyəti məlum olub

KRİMİNAL

338

22.04.2023, 21:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu24.com-a verdiyi məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.