Qaynar xətt:

(+99450) 247 90 86

Kütləvi dava düşüb

Kütləvi dava düşüb

KRİMİNAL

308

20.04.2023, 21:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvarda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Hadisə zamanı rayon sakinləri - 1984-cü il təvəllüdlü T.Nərimanov, 1973-cü il təvəllüdlü E.Hüseynov və 1982-ci il təvəllüdlü R.Abbasov xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Davanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.