Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb

KRİMİNAL

283

19.04.2023, 11:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 18-i saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib. Miri Məcidli