Qaynar xətt:

(+99450) 247 90 86

Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb

Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb

KRİMİNAL

378

19.04.2023, 11:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-i saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.