Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobilin vurduğu piyada 10 gün sonra xəstəxanada ölüb

Avtomobilin vurduğu piyada 10 gün sonra xəstəxanada ölüb

KRİMİNAL

262

19.04.2023, 11:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələdə avtomobilin vurduğu piyada 10 gün sonra xəstəxanada ölüb.

Oxu24.com xəbər verir ki, hadisə aprelin 7-də Qəbələ şəhəri, H.Əliyev prospekti istiqamətində qeydə alınıb.

Belə ki, Qəbələ şəhər sakini, 1986-cı il təvəllüdlü Abdullayev Rahim Afər oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən piyada rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Yaqub Vahiz oğlunu avtomobilin ön sağ hissəsi ilə vurub. Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən aprelin 17-də xəstəxanasında ölüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.