Xırdalanda dəhşətli qəza: Qadın həyatını itirdi
01 Oktyabr 2026, 15:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
323
19.04.2023, 09:04
Bakı Apellyasiya Məhkəməsində mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin yekununda M.Allahverdiyevə 8 il, U. Məmmədova isə 7 il həbs cəzası verilib.
İstintaqda qeyd edilib ki, iş üzrə zərərçəkən şəxs 2014-cü ilədək daxili işlər nazirinin müavini olmuş polis generalı Əsgər Ələkbərovun kürəkənidir. Hadisə onun qızının evində baş verib. Zərərçəkmiş şəxs 31 dekabr – 2 yanvar tarixləri arasında bayramla əlaqədar ailəsi ilə birgə istirahətdə olarkən naməlum şəxslər tərəfindən mənzilindən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və sairə olan seyf oğurlanıb. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov qısa müddət sonra saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
İş üzrə dəymiş zərər 282 min manat olub. Oğurlanan seyfdə çoxsaylı bahalı qızıl-zinət əşyaları, 1800 manat dəyərində qızıl döş nişanı, "Nikolayın onluq qızılları”, "Atatürkün onluq qızıl pulu” və digər xüsusilə dəyərli əşyalar olub.
Məhkəmədə cinayətin təşkilatçısı olan Murad Allahverdiyev bildirib ki, həmin evi oğurluq üçün əvvəlcədən müəyyənləşdirib və 60-70 kiloqram çəkisi olan seyfi Uveysin köməkliyi ilə maşına yükləyib aparıblar. O, seyfi açdıqdan sonra onu Bakı-Quba yolunun kənarında yerləşən Yaşma qəsəbəsindəki su kanalına atıb.
Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.
15:46 / 01 Oktyabr 2026
1
15:36 / 01 Oktyabr 2026
35
15:30 / 01 Oktyabr 2026
41
15:27 / 01 Oktyabr 2026
39
14:55 / 01 Oktyabr 2026
47
14:53 / 01 Oktyabr 2026
68
14:41 / 01 Oktyabr 2026
62
14:30 / 01 Oktyabr 2026
54
14:28 / 01 Oktyabr 2026
88
14:24 / 01 Oktyabr 2026
64
14:07 / 01 Oktyabr 2026
109
14:05 / 01 Oktyabr 2026
66
13:57 / 01 Oktyabr 2026
73
13:39 / 01 Oktyabr 2026
70
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
68
12:14 / 01 Oktyabr 2026
103
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
94
11:22 / 01 Oktyabr 2026
77
11:12 / 01 Oktyabr 2026
78
10:54 / 01 Oktyabr 2026
83
10:49 / 01 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.