General həbs edildi
01 Oktyabr 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
636
18.04.2023, 20:25
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 8 nəfər - Elşən Alıyev, İsmayıl Musayev, Firdovsi Məmmədov, Elvin Səfərov, Aqşin Oruczadə, Sunay Bağırov, Cavid Əliyev və Tərlan Xəlilov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, əməliyyatlar zamanı saxlanılan Elşən Alıyev və İsmayıl Musayevin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Onlar gəncləri sosial şəbəkələrdə şirnikləndirici vədlər müqabilində ələ alaraq paytaxt ərazisində narkokuryerliyə cəlb etmək istəyiblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
15:59 / 01 Oktyabr 2026
2
15:46 / 01 Oktyabr 2026
39
15:36 / 01 Oktyabr 2026
55
15:30 / 01 Oktyabr 2026
56
15:27 / 01 Oktyabr 2026
58
14:55 / 01 Oktyabr 2026
48
14:53 / 01 Oktyabr 2026
70
14:41 / 01 Oktyabr 2026
64
14:30 / 01 Oktyabr 2026
55
14:28 / 01 Oktyabr 2026
91
14:24 / 01 Oktyabr 2026
65
14:07 / 01 Oktyabr 2026
116
14:05 / 01 Oktyabr 2026
66
13:57 / 01 Oktyabr 2026
76
13:39 / 01 Oktyabr 2026
70
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
68
12:14 / 01 Oktyabr 2026
103
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
95
11:22 / 01 Oktyabr 2026
77
11:12 / 01 Oktyabr 2026
79
10:54 / 01 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.