General həbs edildi
01 Oktyabr 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
386
17.04.2023, 15:49
Prokuror Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Oxu24.com xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manatı dələduzluq yolu ilə alıb.
Eyni zamanda o, digər tanışı Günay Əliyevanın “Bentley" markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.
Beləliklə, S.Rəcəb üç nəfərə qarşı 341 min manatlıq dələduzluq edib.
Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.
O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
17:05 / 01 Oktyabr 2026
3
17:02 / 01 Oktyabr 2026
11
16:53 / 01 Oktyabr 2026
36
16:47 / 01 Oktyabr 2026
41
16:38 / 01 Oktyabr 2026
54
16:29 / 01 Oktyabr 2026
54
16:25 / 01 Oktyabr 2026
179
15:59 / 01 Oktyabr 2026
69
15:46 / 01 Oktyabr 2026
67
15:36 / 01 Oktyabr 2026
75
15:30 / 01 Oktyabr 2026
82
15:27 / 01 Oktyabr 2026
86
14:55 / 01 Oktyabr 2026
59
14:53 / 01 Oktyabr 2026
87
14:41 / 01 Oktyabr 2026
78
14:30 / 01 Oktyabr 2026
62
14:28 / 01 Oktyabr 2026
102
14:24 / 01 Oktyabr 2026
72
14:07 / 01 Oktyabr 2026
161
14:05 / 01 Oktyabr 2026
75
13:57 / 01 Oktyabr 2026
84
13:39 / 01 Oktyabr 2026
78
12:48 / 01 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.