18 yaşlı qız evdə ölü tapıldı
02 Oktyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
276
17.04.2023, 09:15
Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş Dəyanət Nəcəfov saxlanılıb.
Bu əməliyyat zamanı ilk olaraq saxlanılan D.Nəcəfovdan satmaq istədiyi heroin və metamfetamin bükümləri götürülüb. Onun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də aşkara çıxarılıb. Belə ki, D.Nəcəfovun həmkəndlisi Qadir Məmmədovdan sadalanan narkotikləri aldığı müəyyən edilib. Əməliyyatın növbəti mərhələsində əvvəllər məhkum olunmuş Q.Məmmədovun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilib. Buradan külli miqdarda - 1 kiloqram 675 qram heroin və 325 qram metamfetamin aşkar edilərək götürülüb. Q.Məmmədovun ətrafında aparılan araşdırmalarla “Peyman” adlı İran sakini ilə sosial şəbəkələr vasitəsilə cinayət əlaqəsi qurduğu müəyyən edilib. Tərəflər arasında sonuncu dəfə onlayn alqı-satqıdan sonra Q.Məmmədov narkotiki Bakı şəhərindən götürərək Ağcabədi rayonuna gətirib ki, burada polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub.
Adıçəkilən şəxslər barəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
19:22 / 02 Oktyabr 2026
15
19:08 / 02 Oktyabr 2026
64
19:00 / 02 Oktyabr 2026
46
18:59 / 02 Oktyabr 2026
55
18:42 / 02 Oktyabr 2026
51
18:39 / 02 Oktyabr 2026
61
18:36 / 02 Oktyabr 2026
47
18:25 / 02 Oktyabr 2026
93
18:10 / 02 Oktyabr 2026
121
18:10 / 02 Oktyabr 2026
473
17:59 / 02 Oktyabr 2026
59
17:57 / 02 Oktyabr 2026
77
17:50 / 02 Oktyabr 2026
88
17:36 / 02 Oktyabr 2026
64
17:05 / 02 Oktyabr 2026
265
16:56 / 02 Oktyabr 2026
75
16:39 / 02 Oktyabr 2026
486
16:34 / 02 Oktyabr 2026
71
16:21 / 02 Oktyabr 2026
119
16:16 / 02 Oktyabr 2026
69
16:06 / 02 Oktyabr 2026
135
16:00 / 02 Oktyabr 2026
118
15:59 / 02 Oktyabr 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.