Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə ağır qəza: Yaralılar var

Kürdəmirdə ağır qəza: Yaralılar var

KRİMİNAL

391

16.04.2023, 11:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
“Report”un xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsilə Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “DAF” markalı “TIR”ın arxa hissəsinə çırpılıb.
Nəticədə “QAZel”də olan Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğlu, Cəlilabad rayon sakinləri, 34 yaşlı Abbasov Zabil Xanlar oğlu və 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.