Qaynar xətt:

(+99450) 247 90 86

Benzindaşıyan maşın körpüdən aşdı, sürücü öldü

Benzindaşıyan maşın körpüdən aşdı, sürücü öldü

KRİMİNAL

302

15.04.2023, 15:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qəbələdə benzindaşıyan yük maşını körpüdən aşıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə saat əvvəl Vəndam qəsəbəsi ərazisində baş verib. Avtomobilin sürücüsü idarəetməni itirərək maşını körpüdən aşırıb. Sürücünün hadisə yerində öldüyü bildirilir.
Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Maşında baş verə biləcək mümkün partlayışın qarşısını almaq və sürücünü maşından çıxarmaq üçün tədbirlər görülür.