Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kişi keçmiş qudasını öldürmək üçün maşınla vurdu

Bakıda kişi keçmiş qudasını öldürmək üçün maşınla vurdu

KRİMİNAL

491

14.04.2023, 15:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda qəsdən adam öldürməyə cəhd edən şəxs tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində baş verib. Paytaxt sakini, 1972-ci il təvəllüdlü Rauf İslamov idarə etdiyi “Ford” markalı avtomobillə münaqişə zəminində keçmiş qudası, 1972-ci il təvəllüdlü B.Əmrahovu vurub. B.Əmrahov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilib.
Hadisədən sonra R.İslamov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar aparılır.