Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomatlı şəxs tutulub

Bakıda avtomatlı şəxs tutulub

KRİMİNAL

355

14.04.2023, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kalaşnikov” aşkarlanıb Bakı sakininin üzərində “Kalaşnikov” aşkarlanıb
Bakı sakinin üzərində “Kalaşnikov” aşkarlanıb. Oxu24.com-un məlumatına görə, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Əzizəliyev Orxan İnqlab oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.
Onun üzərinə baxış zamanı 1 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 02 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır. Miri Məcidli