Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
02 Oktyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
340
13.04.2023, 21:02
Bakıda iki nəfərin ölümünün qisas zəminində baş verdiyi məlum olub.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Bildirilib ki, aprelin 10-da paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində baş verən yanğın nəticəsində rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərovun yanıq xəsarətləri alaraq ölmələri faktı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
21:11 / 02 Oktyabr 2026
11
20:59 / 02 Oktyabr 2026
40
20:51 / 02 Oktyabr 2026
38
20:47 / 02 Oktyabr 2026
37
20:42 / 02 Oktyabr 2026
48
20:40 / 02 Oktyabr 2026
57
20:28 / 02 Oktyabr 2026
60
20:24 / 02 Oktyabr 2026
48
20:18 / 02 Oktyabr 2026
122
20:16 / 02 Oktyabr 2026
52
20:10 / 02 Oktyabr 2026
56
19:59 / 02 Oktyabr 2026
55
19:57 / 02 Oktyabr 2026
151
19:47 / 02 Oktyabr 2026
72
19:39 / 02 Oktyabr 2026
91
19:36 / 02 Oktyabr 2026
88
19:29 / 02 Oktyabr 2026
75
19:27 / 02 Oktyabr 2026
70
19:22 / 02 Oktyabr 2026
60
19:08 / 02 Oktyabr 2026
141
19:00 / 02 Oktyabr 2026
73
18:59 / 02 Oktyabr 2026
91
18:42 / 02 Oktyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.